Bakıda daha bir böyük avtodayanacaq tikilir

  • 27 fev 2018, 10:29

"Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi” və "Təzəpir” məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində "Təzəpir” məscidi qarşısında sahəsi 11 631 kvadratmetr olan, 338 avtomobil üçün yeraltı avtodayanacaq salınacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin "APA-Economics”ə verdiyi məlumata görə, bundan başqa, layihə çərçivəsində Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən uzunluğu 112 və eni 52 m olan piyada körpüsü, 11 650 kvadratmetr park, həmçinin 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub.

 

"Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır”, - deyə A. Nəcəfli vurğulayıb.

 

Demokratik.Az

Oxşar xəbərlər