“Petkim”ə yeni baş direktor müavini təyin olunub

  • 27 fev 2018, 09:38

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding”də rəqəmsallaşdırma və texnologiya üzrə baş direktor müavini vəzifəsi yaradılıb.

"Report” xəbər verir ki, bu barədə "Petkim Holding” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu – KAP) məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə strategiya və biznesin inkişafı üzrə rəhbər Murad Abdullayev təyin edilib.

Qeyd edək ki, ötən ilin sonunda "Petkim Holding”in baş direktoru Anar Məmmədov 2018-ci ildən rəqəmsallaşma ilə bağlı investisiyalara başlanılacağını bildirmişdi.

Demokratik.Az

Oxşar xəbərlər