"AzərTAC"-da ermənilərin xeyrinə rusca "təhrif" göründü

  • 26 fev 2018, 09:51

Hər dövlətin rəsmi informasiya agentliyində gedən materiallar o dövlətin mövqeyini əks etdirir. Bu səbəbdən də rəsmi agentliklərində dərc olunan xəbərlərin hər kəlməsinə, nöqtəsinə, vergülünə qədər fikir verilməlidir. Əks halda, adi bir hərf xətası ciddi anlaşılmazlıqlara səbəb ola bilər.

Azərbaycanın da dövlət informasiya agentliyi var – AzərTAC. Bəs, bu agentlik dövlətimizin mövqeyini necə əks etdirir?

"Yüz deməkdəndirsə, bir görmək faydalıdır” məntiqiylə hərəkət edərək, bu gün AzərTAC-da dərc olunan iki yazından bəzi hissələri Ovqat.com oxucularının diqqətinə çatdırırıq.

Aşağıdakı mətnlərə diqqət edin. İkisi də eyni tədbir haqdadır. Amma axırıncı abzasın axırıncı cümləsi fərqlidir. Xəbərin rus dilində olan variantında deyilir:

– Председатель Религиозной общины горских евреев Баку Милих Евдаев сказал: «Если представителей одного народа, одной нации убивают за национальную принадлежность, то это – геноцид. Беспощадный геноцид, учиненный 26 лет назад против безоружных азербайджанцев, включая женщин, детей, стариков, никогда не будет забыт».

 

https://azertag.az/ru/xeber/Predstaviteli evreiskih religioznyh obshchin v Azerbaidzhane posetili pamyatnik Zov materi-1140042

Xəbərin Azərbaycan variantında isə həmin hissə bu cür verilib:

– Bakı Dağ Yəhudiləri Dini İcmasinin sədri Milix Yevdayev deyib: "Əgər bir xalqın, bir millətin nümayəndələri mənsubiyyətinə görə qətlə yetirilirsə, deməli, bu, soyqırımıdır. Ona görə də 26 il bundan əvvəl qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla silahlı azərbaycanlılara qarşı törədilən amansız soyqırımı heç vaxt unudulmayacaq”.

https://azertag.az/xeber/Azerbaycandaki yehudi dini icmalarinin numayendeleri Ana harayi_abidesini ziyaret edibler-1140031

Görəsən, bu nədir: təsadüfi səhv, yoxsa təxribat? Səhvdirsə, dövlətin rəsmi informasiya agentliyinin məsul işçiləri və rəhbərləri hara baxırlar? Bu cür həssas məsələdə belə ciddi səhvə necə yol vermək və bir neçə saat ərzində onu necə görməmək olar?

Səhv deyilsə, onda ortaya başqa sual çıxır: AzərTAC-ın rəhbərliyi kimə və nəyə xidmət edir?

Ümid edirik ki, AzərTAc-ın rəhbərliyi və onun fəaliyyətinə nəzarət edən müvafiq dövlət qurumları bu suallara aydınlıq gətirəcəklər.

 

Ovqat.com

Oxşar xəbərlər