Nazirlikdən ADAU-ya növbəti dəstək gəldi

  • 23 fev 2018, 16:51

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi texniki bazasının daha da təkmilləşdirilməsi, kənd təsərrüfatı sahələri, o cümlədən "baytarlıq” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təhsil müəssisəsinə böyük dəstək göstərilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində yaradılmış müasir baytarlıq klinikasının əlavə avadanlıqlarla təchizatını göstərmək olar. Belə ki, artıq 41 adda inventar və avadanlıqlar klinikaya təhvil verilmişdir. Avadanlıqlar sırasında biotəhlükəsizlik şkafı, PSR, elektroforez, spektrofotometr, mikroplanşet rider, mikroplanşet yuyucu və s. universitetdə mütəxəssis hazırlığına çox böyük töhfə olacaq.



 


 


Oxşar xəbərlər