Goranboy SSİ-nin rəisi iş icraçısını döydü

  • 22 fev 2018, 15:02

Əhmədzadənin inandığı daha bir idarə rəisi qalmaqal yaradıb. Xəbərə görə, Goranboyda SSİ-nin sifarişini icra edən iş icraçısı döyülüb.

"Report"a istinadən bildirir ki, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Oxşar xəbərlər