Gəncənin DYP rəisi GETDİ - onu kim əvəz edəcək? (İDDİA)

  • 24 fev 2018, 10:09

Bir müddətdir Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun tutduğu vəzifədən azad edilməsi barədə iddialı xəbərlər tirajlanır. Yayılmaqda olan xəbərə görə, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlarla, maxinasiyaları ilə əlaqədardır. 

Yayılan məlumatın ilkin mənbəyi olaraq Gəncə şəhər Baş Polis İdarəsi göstərilsə də nazirin bu barədə rəsmi əmri ilə o DİN-in sərəncamına götürülüb.

"Demokratik.Az"-ın əldə etdiyi xəbərə görə, ötən həftədən etibarən Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində kompleks yoxlamalar aparır. Rəhim Zalovun işdən alınması da həmin yoxlamaların nəticəsidir.

Qeyd edək ki, Zalovun bir neçə dəfə yol qəzası törətməsi barədə mətbuatda məlumatlar da yayılıb. Sonuncu məlumat isə ötən ilin dekabrında Rəhim Zalovun özünün idarə etdiyi 20-YP-030 dövlət nömrə nişanlı xidməti avtomaşınla işıqforun qırmızı işığında hərəkət etməklə yolu keçmək istəyən yeniyetmə qızı ayaqlaması olub. Rəisin bu kimi özbaşınalığı yuxarı yetkililərin də diqqətini çəkə bilib. Məlumata görə, ÇP-ləri bol olan DYP rəisi hazırda səhhəti ilə əlaqədar stasionar müalicə alır. Amma rəisin məhz yoxlama ərəfəsində "xəsətələnməsi" onun özünümüdafiəsi kimi qiymətləndirilə bilər. 

Saytımıza verilən məlumata görə, Rəhim Zalovun "vurulması" idarədə ona yaxın olan və qeyri-leqal işlərini yürüdən şəxslərə də təsirsiz ötüşməyəcək. Hətta, bir çoxu rəisləri ilə yanaşı işini itirə bilər. Gəncədə bu barədə danışılarkən maraqlı daha bir sual gündəmə gəlməkdədir. Görəsən Rəhim Zalovdan sonra Yeni DYP rəisi kim olacaq? 

Buna dair müxtəlif iddialar dolaşır.

"Demokratik.Az" xatırladır ki, hələ ötən ilin noyabrında saytımızda yayımlanan Yevlax QAİsinin "Qoca şiri” Gəncəyə gətirilir? başlıqlı xəbərdə bu barədə iddia səsləndirmişdik. Mənbəmiz bildirmişdi ki, Yevlax rayon DYP-nin eyni postda 20 ildir ki, qocalmaqda olan rəisi Cavanşir Əliyev tezliklə Gəncəyə DYP rəisi göndəriləcək. Bu günlərdə isə mövzu ətrafında apardığımız araşdırma sonucu məlum oldu ki, C.Əliyevin Gəncəyə transfer olunmasında Gəncə şəhər icra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev də maraq göstərir.

"Demokratik.Az"-a daxil olan özəl xəbərə görə, icra başçısının qardaşı ilə C.Əliyev yaxın dostdur. Və dostların Yevlax rayonu Balçılı kənd bələdiyyəsi ərazisində iri fermer təsərrüfatı var.

 

Demokratik.Az

Oxşar xəbərlər