Səlim Müslümov pensiya artımından danışdı

  • 10 fev 2018, 10:51

"Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək”.
Demokratik.Az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

O bildirib ki, əmək pensiyalarının artımı sığorta hissəsinin üzərinə əlavə olunur: "2017-ci il üzrə orta aylıq əmək haqqının artım tempi 5,7 faiz təşkil edib. Buna uyğun olaraq da pensiyalar 5,7 faiz artırılacaq”.

Nazirin sözlərinə görə, ölkədə pensiyanın həcmi 110 manatdan 116,27 manata qədər artırılacaq.

Demokratik.Az

Oxşar xəbərlər