Göygöl məktəbində keçirilən "AÇIQ DƏRS" şagirdləri sevindirib (VİDEO+fotolar)

  • 07 fev 2018, 21:20

Bu gün Göygöl rayon S.Vurğun adına 3 saylı tam orta məktəbinin 4-a sinif şagirdlərinə "Açıq dərs" təşkil olunub. Texnologiya fənninin tədris proqramı çərçivəsində "Yemək masası ətrafında davranış qaydaları" mövzusunda keçirilən açıq dərs şagirdlər tərəfindən böyük sevinc və maraqla qarşılanıb.


 

 

"Demokratik.Az"-ın məlumatına görə, açıq dərsdə məktəbin tədris işləri üzrə direktor müavini Mələksə Murğuzova, ibtidai sinif müəllimləri Aynur Mövsümova, Xalidə Hüseynova, Tünzalə Mehdiyeva, psixoloq Səadət Zalova, ədəbiyyat fənn müəllimi Aidə Hacıyeva və başqaları iştirak ediblər. Dərsi izləmək üçün valideynlərə də lazımi şərait yaradılıb.

 

"Açıq dərs" prosesində müəllim şagirdlərə individual yanaşma sərgiləyib. "Yemək masası ətrafında davranış qaydaları" mövzusunda şagirdlər müxtəlif suallar ətrafında öz nəzəri bilik və bacarıqlarını bölüşüblər. Masalar meyvə-tərəvəzlə, quru qida məhsulları və müxtəlif növ şirniyyatlarla bəzədilib və şagirdlər simvolik olaraq "Şahin", "Kəpəz", "Zirvə" və "Əlaçılar" adlı 4 qrup halında rəqabət aparıb. Uzunmüddətli pedoqoji təcrübəyə sahib olan Raminə Qəmbərova şagird şəxsiyyətinin ahəngdar inkişafında texnologiya fənninin rolundan və təsir imkanlarının praktiki cəhətdən geniş olmasından danışıb. Şagirdlərə texnologiya barədə əlavə suallar və geniş izahatlar verilib.

Sonda, dərsin keyfiyyətli keçirilməsinə və hərtərəfli səmərəli təşkilinə görə texnologiya müəllimi Raminə Qəmbərovaya açıq dərs iştirakçıları və valideynlərin adından razılıq ifadə olunub. Kurikulumun (təhsil proqramı) tətbiqi ilə həyata keçirilən belə səmərəli "Açıq dərslər"-in 4 ildə bir dəfə deyil, tədrisə və fəal təlimə əsaslandığı üçün şagirdlərin fəallaşmasına yönəlik mütamadi keçirilməsinin zəruriliyi vurğulanıb.

 


  


 




 


 

Demokratik.Az

 

Oxşar xəbərlər