Xəbər lenti
Bütün xəbərlər

Prezident başsağlığı verdi

  • 27 yan 2018, 12:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce İnə başsağlığı məktubu göndərib.

Ölkə başçısının başsağlığı mətnini təqdim edirik:

"Hörmətli cənab Prezident,

Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Oxşar xəbərlər