DİN: Salyanda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

  • 25 yan 2018, 12:00

Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Demokratik.Az

Oxşar xəbərlər