Moskva aeroportlarında 34 aviareys təxirə salınıb

  • 22 yan 2018, 08:22

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 34 aviareys təxirə salınıb.

APA-nın "RT”-yə istinadən xəbərinə görə, "Domodedovo" aeroportunda 6 uçuş ləğv edilib, 6-sı təxirə salınıb. Həmçinin "Şeremetyevo"da 22, "Vnukovo"da isə 10 uçuş təxirə salınıb.

Bundan əvvəl, sinoptiklər yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Sutka ərzində Rusiya paytaxtına aylıq normanın 20%-dək yağıntı düşüb.

Oxşar xəbərlər