Türkiyəyə 15 raket atıldı

  • 22 yan 2018, 08:16

Suriyanın Afrin şəhərində başladılan "Zeytun budağı" əməliyyatından sonra sərhəddəki Reyhanlı və Kilis rayonlarına çox sayda raket atılıb.

Xəbər verilir ki, Hatay Valiliyi son dəqiqə məlumat yayaraq Reyhanlıya 11 raket düşdüyünü bildirib. Valiliyin yaydığı yazılı açıqlamada qeyd edilib ki, raketlərdən 9-u rayon mərkəzinə, 2-si isə rayon kənarındakı boş əraziyə düşüb. Nəticədə 1 nəfər Suriya vətəndaşı ölüb, 47 nəfər yaralanıb. Yaralananlardan 30-u Türkiyə vətəndaşı, 17-i isə suriyalıdır. Bundan başqa, 15 avtomobil əzilib, 10 iş yeri zərər görüb.

 

Türkiyənin Kilis rayonuna isə 4 raket düşüb. Nəticədə 7 nəfər yaralanıb. Onlardan 2-si suriyalıdır.

Oxşar xəbərlər