ADAU-da 20 Yanvar faciəsinə həsr olunan tədbirlər keçirilir

  • 17 yan 2018, 12:31

Bu gündən etibarən Kənd Təsərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 20 Yanvar faciəsinə həsr edilən tədbirlərə start verilib. İlk tədbir universitetin Aqronomluq fakültəsində keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Məhərrəm İsmayılov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.  Biologiya kafedrasının professoru Bəhman Əliyev, İctimai elmlər və multikuitralizm kafedrasının müdiri, professor Azad Bayramov  çıxışlarında 20 yanvarı oyanış və xalqın özünə, öz tarixinə qayıdışı kimi dəyərləndirib, müstəqillik yolunda şəhidlik zirvəsinə ucalanların ruhuna ehtiramlarını bildiriblər.

Tələbələrdən E.Aslanova, A.Almazova, N.Əslibəyova, Ş.İbrahimova, Ə.Zeynalova, N.Abbasova, G.Xəlilova  şəhidlərə həsr edilən şerlər söyləyiblər. kompozisiyası ilə çıxış etmişlər . Z.Balakişiyeva , E.Aslanova, R.Çələbiyev "İlham və Fərizə”nin həyat yoluna həsr edilən teatrlaşdırılan səhnə göstərib, müsiqilərdən parçalar səsləndiriblər.

Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.

Demokratik.Az

Oxşar xəbərlər