Demokratik TV
Xəbər lenti
Demokratik.Az » “Facebook”a yenilik gəlir
“Facebook”a yenilik gəlir
- 14 yan 2018, 11:13
"Facebook”un yaradıcısı Mark Sukerberq istifadəçilərin xəbər lentlərinin quruluşunda dəyişikliklərin olacağını elan edib.

"İlk dəyişikliklər xəbər lentinə təsir edəcək. Siz istifadəçilər öz dostlarınız, ailə üzvləriniz və qruplarınız barədə daha çox məlumat əldə edəcəksiniz. Bunu ön plana çəkdiyimiz üçün siz brendlərin, KİV-lərin və şirkətlərin ictimai kontentləri az görəcəksiniz”, – deyə Mark bildirib.
O qeyd edib ki, istifadəçilər öz yaxınlarının postlarını görməyə imkan verməyən çoxlu sayda kontentlərin ön plana keçməsindən şikayətlənirlər. O güman edib ki, sosial şəbəkədə sürətlə yayılan hansısa kontent istifadəçilərin öz yaxınları barəsində məlumatları arxa plana çəkir:
"Yeni dəyişikliklər nəticəsində ola bilər ki, insanlar "Facebook”da daha az vaxt keçirtsinlər. Lakin onun üçün ən əsas olan bu az keçirilmiş vaxtın daha dəyərli olmasıdır. Yeni dəyişikliklərin inteqrasiyası üçün bir neçə ay lazımdır”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Facebook"-dan yeni xidmət - VİDEO
Facebook-dan növbəti MÜHÜM YENİLİK
“WhatsApp”dan yazışmalarda daha bir yenilik
Facebook-un təsisçisi bir günə 6 milyard qazandı
“WhatsApp”dan maraqlı yenilik
Aktiv “FB” istifadəçilərinin sayı 1,37 milyarda çatıb
"Lazım gəlsə "Facebook"u da, "Google"u da bloklayarıq" - Putinin müşaviri
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti