Xəbər lenti
Bütün xəbərlər

Avropanın “Top-5” liqalarında çıxış edən ən bahalı futbolçu müəyyənləşib

  • 09 yan 2018, 20:17

Avropanın "Top-5” liqalarında çıxış edən klubarın formasını geyinən ən bahalı futbolçu müəyyənləşib.

"Report” xəbər verir ki, "CIES Football Observatory” təşkilatının araşdırmasına əsasən, bu, Fransanın PSJ komandasının hücumçusu Neymardır. Mütəxəssislərin fikrincə, Braziliya yığmasının forvardının hazırkı dəyəri 213 milyon avrodur.

İkinci sırada İspaniya təmsilçisi "Barselona”nın qolçusu Lionel Messi qərarlaşıb. Argentina yığmasının kapitanına 202,2 milyon avro qiymət qoyulub. "Üçlüy”ü Harri Keyn qapayır. İngiltərə yığmasının və "Tottenhem”in forvardının dəyəri 194,7 milyon avro təşkil edir.

İspaniyanın "Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldu isə siyahıda 49-cu pillədə qərarlaşıb. Onun qiyməti 80,4 milyon avrodur.

Qeyd edək ki, araşdırma zamanı futbolçuların yaşı, mövqeyi, klub və yığmadakı çıxışı nəzərə alınıb. Hazırda dünyanın ən bahalı transferi Neymardır. O, ötən yay 222 milyon avro qarşılığında "Barselona”dan PSJ-yə keçib.

"Demokratik.Az"

Oxşar xəbərlər