İsrail HƏMAS-ın mövqelərini bombaladı

  • 31 dek 2017, 10:28

İsrailin Hərbi-Hava Qüvvələri HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə aviazərbə endirib.   

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İsrail aviazərbəni dekabrın 29-da raket atəşinə cavab olaraq endirdiyini qeyd edib.

 

İsrail ordusu raket atəşini İranın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdi adlandırıb. İsrail Silahlı Qüvvələri baş verənlərə görə məsuliyyəti HƏMAS-ın üzərinə qoyub.

Oxşar xəbərlər