Nardaran hadisələrinə görə prokuror onlara cəza istədi - Siyahı

  • 15 dek 2017, 16:25

Nardaran hadisələrinə görə həbs edilən şəxslərə prokuror cəza istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror çıxışında Elçin Qasımovun 16 il, Ağa-Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nardaran hadisələri 2015-ci il noyabrın 26-da baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, keçirilən əməliyyat zamanı "Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılıb.

Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrup - "Müsəlman Birliyi” təşkilatın sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı 10 il və digər şəxslər də hökm oxunub.

Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun üzvləri - Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il və sigərlərinə də hökm oxunub.

Oxşar xəbərlər