Azərbaycan hərbi məhkəmələrinin səlahiyyətləri artırılacaq

  • 09 dek 2017, 20:06

Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır.

APA-nın məlumatına görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında” qanunun 31-ci (Hərbi məhkəmə və onun səlahiyyətləri) maddəsinə əlavələr təklif edilir.

Təklifə əsasən, hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi inzibati xətalara dair işlərə də baxa biləcək.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Demokratik.Az

Oxşar xəbərlər