Telman İsmayılov Fransada 25 milyonluq bu villaya sığındı - FOTO

  • 14 noy 2017, 14:12

Türkiyədən qaçan Telman və Rafiq İsmayılov qardaşları hazırda Fransanın Nitsa şəhəri yaxınlığındakı Antiba qəsəbəsində məskunlaşıblar.

 

Lent.az-ın məlumatına görə, Antibada Telman İsmayılova məxsus böyük bir villa var. Məlumata görə, İsmayılovun qaldığı villanın dəyəri 25 milyon avrodan çoxdur. .

 

Amma onu da qeyd edək ki, İsmayılovun villası Almaniyanın "Deuche bank”nın girovluğundadır. 

 

**

10:40

İki nəfərin qətlində şübhəli bilinən və haqqında qiyabi həbs qərarı çıxarılaraq beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı Telman İsmayılovun Fransaya sığındığı bildirilir.

 

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Rosbalt”  hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Telman və qardaşı Vaqif İsmayılov Türkiyəni tərk edərək bu ölkəyə köçüb. Onlar qonşu ölkəni tərk edənə qədər Mardan Palace yaxınlığındakı iqamətgahlarında yaşayıblar.

 

Mənbənin sözlərinə görə, İsmayılov qardaşları Türkiyənin onları Rusiyaya təhvil verəcəyindən ehtiyat ediblər.

 

Oxşar xəbərlər