Şeyxin qudasının oğluna qarşı şikayət geri götürüldü

  • 08 noy 2017, 13:47

Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürdüyünü deyib.

O, məhkəməyə ərizə təqdim edəcəyini deyib.

Daha sonra Əlihüseyn Salahzadənin vəkili vəsatət verib. O, müvəkkilinin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses noyabrın 20-də davam edəcək.

Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiham edilir.

İttihama görə, Əlihüseyn Salahzadə Azərsu ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinib.

Oxşar xəbərlər