ADAU-nun bu tələbələrinə sürücülük vəsiqəsi veriləcək

  • 02 noy 2017, 16:09

Demokratik.Az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin "Mühəndislik” fakültəsinin nəzdində "T”, "TK”, "TT”, "H” kateqoriyaları üzrə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil edilib. Bu kursu müvəffəqiyyətlə bitirən tələbələrə isə iyun ayında  test üsulu ilə imtahan verib və sürücülük vəsiqəsi əldə ediblər.

ADAU-nun mətbuat xidmətindən Demokratik dövlətbildirilb ki, kurs öz işini indi də davam etdir və dekabr ayının 16-da daha bir qrup tələbə Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi "Səyyar Xidmət” Qrupu tərəfindən test üsulu ilə imtahan qəbul edildikdən sonra sürücülük vəsiqəsi qazanacaq. Sürücülük kursunun rəhbəri Saləddin Hüseynov deyib ki, hazırda 60 nəfər tələbə 2 qrupda nəzəri və texniki proqramları öyrənir və onlar kursu bitirmə sertifikatı əldə etdikdən sonar imtahana buraxılacaq. Tələbələrin imtahandan keçməsi təbii ki, onların proqramı tam mənimsəməsindən asılıdır. Bunun üçün də onlara hər şərait yaradılıb. Nəzəri və təcrübi biliyə tam yiyələnən tələbə imtahanda çətinlik çəkməyəcək.

     Bidirək ki, bu kursun böyük əhəmiyyəti var. Bu günün mühəndisi heç şübhəsiz dünya standartlarına uyğun olan texnikanı idarə etməyi bacarmalı, mükəmməl kadr olduğunu təsdiqləməlidir.

 

Demokratik.Az

Oxşar xəbərlər