Məsud Bərzani getdi - istefaya

  • 30 okt 2017, 07:50

Demokratik.Az xəbər verir ki, İraq Kürd Muxtariyyətinin başqanı Məsut Bərzani istefa verib.

Bu barədə "Franspress" agentliyi məlumat yayıb. Xatırladaq ki, hələ bir neçə gün öncədən kürd liderin istefa verəcəyi bildirilirdi. Qeyd olunur ki, Bərzani niyabrın 1-də başa çatacaq başqanlıq müddətinin uzadılmasına özü qarşı çıxıb.

Bununla bağlı o, parlamentə məktubla müraciət edib.

Qeyd edək ki, oktyabrın 7-də Bərzaninin də iştirak etdiyi toplantıda siyasi partiyalar başqanlıq və parlament seçkilərinin noyabrın 1-də keçirilməsinə dair razılığa gəlsələr də, parlament seçkilərin 8 ay təxirə salınmasına dair qərar verib.

Demokratik.Az

Oxşar xəbərlər