Çin Kommunist Partiyasının 19-cu qurultayı başladı

  • 18 okt 2017, 08:00

Pekində dünyanın ən böyük siyasi partiyası olan Çin Kommunist Partiyasının 19-cu qurultayı başlayıb. "RİA Novosti”nin verdiyi xəbərə görə, qurultayda ölkənin yeni ali rəhbərliyinin seçilməsi və partiya nizamnaməsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

 

Çin Kommunist Partiyasının qurultayı beş ildən bir keçirilir. Bu il qurultay 18-24 tarixlərində keçiriləcək. Oktyabrın 25-də 19-cu çağırış Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci plenumu keçiriləcək. Plenum Siyasi Büronun yeni tərkibini və Siyasi Büronun Daimi Komitəsinin tərkibini müəyyən edəcək.   

 

Paytaxta ÇKP-nin 89 mln. üzvündən seçilmiş 2287 nümayəndə dəvət edilib. 

Oxşar xəbərlər