Aslan İsmayılov polisdə dindirilib
- 17 okt 2017, 08:36
"Demokratik.Az" xəbər verir ki, dünən APA-ya bu barədə A.İsmayılov özü məlumat verib. O, açıqlamasında
bildirib ki, idarədə müstəntiq İlqar Həmidov ondan izahat alıb:
SİTAT: "Məndən qanun çərçivəsində izahat aldılar. Mən də nə varsa, hamısını
dedim. Mənə qarşı ittiham qaldırılıb ki, guya mən məhkəmənin qapısını
sındırmışam, təhqir etmişəm, məhkəməyə hörmətsizlik etmişəm”.
Tanınmış vəkil bu ittihamla razılaşmadığını bildirib.
Qeyd edək ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında
Binəqədi rayon prokuroru Nazim İmanov Aslan İsmayılov haqqında Cinayət Məcəlləsinin
221.1. (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca
hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə
zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud
zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə cinayət işi
başlayıb.
Demokratik.Az