Ərdoğan Bakıya gəlir

  • 14 okt 2017, 14:12

Bakı-Tiflis-Qars dəmiryolu xəttində ilk qatar oktyabrın 30-da hərəkətə başlayacaq.

Demokratik.Az-ın məlumatına görə, Bakıda keçiriləcək "BTQ" dəmiryolu xəttinin rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və gürcüstanlı nümayəndələr də iştirak edəcək.

Bununla bağlı məlumatı Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan məlumat verib.

Xatırladaq ki, 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.  Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.

Demokratik.Az

Oxşar xəbərlər