Hüseyn Abdullayev də prezidentliyə iddia edir

  • 13 okt 2017, 15:58
Azərbaycan hakimiyyətinin xaricdə mühacir həyatı yaşayan sabiq məmurlarından daha birisi gələn 2018-ci ilin prezident seçkilərində namizəd olacağını bəyan edib. Bu, Almaniyada mühacir həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayevdir.

O, bununla bağlı öz feysbuq profilində status paylaşıb. Həmin statusda yazır ki, o, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindədir. Hüseyn Abdullayev yazır ki, onun bu qərara gəlməsi Bakıdakı bir çox qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsinə qarşı yönəlmiş qarayaxma təbliğatlara start veriləcək: "Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və cib müxalifət funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz. Önəmli olan millətimizin istəyi və qərarıdır... Vətənə xidmət ən böyük ibadətdir". Daha sonra H. Abdullayev prezident seçiləcəyi təqdirdə görəcəyi işlərdən yazıb.

Qeyd edək ki, bundan günlər öncə Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev gələn ilki seçkilərdə iddiasını irəli sürüb.

Demokratik.Az

Oxşar xəbərlər