“Jeep”, “Dodge” və “Chrysler” geri çağırılıb

  • 12 okt 2017, 07:34

"FCA Rus” şirkəti Rusiyada 3 mindən çox "Jeep”, "Dodge” və "Chrysler” avtomobilini geri çağırıb.

Trend bildirir ki, bu qərar avtomobillərdə mümkün qısaqapanma ilə bağlıdır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin aprelindən 2011-ci ilin dekabrınadək Rusiyada satılmış "Jeep Compass”, "Jeep Patriot”, "Dodge Caliber” və "Chrysler Sebring” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Demokratik.Az

Oxşar xəbərlər