Sərkisyan baş nazir olacaq, çünki...

  • 06 okt 2017, 12:16

Ermənistan ictimaiyyəti 2018-ci ildə kimin baş nazir olacağından narahat deyil.

Axar.az xəbər verir ki, bunu "1in.am” saytına açıqlamasında Ermənistan parlamentinin keçmiş deputatı Vigen Xaçaturyan söyləyib.

"İnsanlar yalnız öz rifahlarında maraqlıdırlar. 2018-ci ildə siyasi və iqtisadi həyatımızda radikal dəyişikliklərin olacağına şübhə edirəm. Çoxları üçün Serj Sərkisyanın baş nazir olması sərf edəcək. Respublika və Daşnaksütyun partiyalarına Sərkisyanın bu vəzifəyə gətirilməsi lazımdır. Bu halda dəyişikliklər çox az olacaq, oyun qaydaları əvvəlki kimi qalacaq. Bu insanları ictimaiyyətdən çox, öz vəziyyətləri maraqlandırır. Bu iki partiya ilə bərabər Çarukyan Bloku da dəyişikliklərdə maraqlı deyil”, – deyə o bildirib.

Demokratik.Az

Oxşar xəbərlər