Məşhur türk aktyoru vəfat edib

  • 03 okt 2017, 12:15

Türkiyənin məşhur aktyoru Tevfik Şen vəfat edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib. 

Aktyor qaraciyər xəstəliyindən əziyyət çəkirmiş və 6 aydır müalicə olunurmuş. 

Qeyd edək ki, T.Şenin kino kariyerası 1969-cu ildə çəkildiyi "Dönüşü Olmayan Yol" filımi ilə başlayıb. Aktyor ekran əsərlərində daha çox mənfi obrazlar ifa edib. Cüneyt Arkın, Kemal Sunal, Sadri Alışık, Kadir İnanır, Fatma Girik ve Türkan Şorayın ifa etdiyi iki yüzə qədər filmdə həm rol alıb, həm də görüntü rejissorluğu edib. 

Oxşar xəbərlər