Azərbaycanda Aşura günü qeyd olunur

  • 01 okt 2017, 07:54

Bu gün Məhərrəm ayının 10-cu günü – Aşura günüdür.

Demokratik.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurasının məhərrəm ayının başlanması ilə bağlı fətvasında Aşura gününün Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf etdiyi bildirilir.

Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur.

Aşura günü Azərbaycanda da məscidlərdə dini mərasimlərlə qeyd olunur. Həmçinin Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək.

Qeyd edək ki, aksiya aşağıdakı ünvanlarda keçiricək:

1.Yasamal rayon Təzə-pir məscidi
2.Yasamal rayon Hacı Soltanəli məscidi
3. Səbail rayon
Bibi-Heybət ziyarətgah məscidi
4. Səbail rayon İçərişəhər Cümə məscidi
5. Suraxanı rayon Qaraçuxur məscidi
6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayon Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri Cümə məscidi
9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhər Heydər məscidi
11. Şəki şəhəri mərkəzi Cümə məscidi
12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi
13. Bərdə şəhəri Cümə məscidi
14. Nəsimi rayonu Əjdərbəy məscidi
15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi
16. Göyçay rayonu Əbülfəzlil Abbas məsci
di
17. Quba rayonu Ərdəbil məscidi

Oxşar xəbərlər