AzTV Alışanovun maşın "məsələsi"nə təkzib verdi

  • 27 sen 2017, 12:00

Report-un məlumatına görə, AZTV sədrinin idarə etdiyi avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.

Belə ki, A.Alışanova məxsus 99 AA 400 dövlət qeydiyyat nişanlı "Toyota Land Kruzer" markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.

Lakin "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzTV-nin rəhbəri sədri Arif Alışanovun avtomobilinin cərimə meydançasına aparılması xəbərini təkzib edib.

Demokratik.Az

Oxşar xəbərlər