Demokratik TV
Xəbər lenti
Demokratik.Az » AzTV sədrinə sensasion İTTİHAMLAR
AzTV sədrinə sensasion İTTİHAMLAR
- 20 sen 2017, 22:56
Şamaxıda fermer təsərrüfatı yağmalanıb, toyuq, hinduşka, həmçinin "Aqrolizinq” ASC-dən icarəyə götürülmüş traktorlar aparılıb
Şamaxı rayonu Qızmeydan kəndinin sakini Səlimə Sadıqova ilə Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq” açıq səhmdar cəmiyyəti arasında borc üstündə mübahisə yaranıb. Cəmiyyət haqlı olaraq S.Sadıqovadan icarəyə götürülmüş texnika ilə bağlı yaranmış 4.455 manat borcu tələb edir. Lakin sözügüdən texnika aparılıb və şikayətçinin fermer təsərrüfatı dağıdılıb.Bu barədə məlumat verən S.Sadıqova bildirib ki, AzTV QSC-nin rəhbəri Arif Alışanovun həbs etdirdiyi keçmiş həyat yoldaşı Şücayət Əkbərovdan üç il əvvəl ayrılıb. Boşanmadan sonra ona düşən əmlakı məhkəmə yolu ilə alaraq ayrıca təsərrüfat yaradıb. "Lakin buna baxmayaraq, Alışanovun istintaq qrupu keçmiş həyat yoldaşımın ayağına yazdığı saxta cinayət işi ilə heç bir əlaqəsi olmadığı halda mənim də Çuxuryurd kəndində 20 il əvvəl tikilmiş evimi və torpağımı əlimdən alıb əvəzsiz olaraq AzTV sədrinin bacısı qızı Nilufər Cəfərovanın adına keçiriblər”.
C.Sadiqova daha sonra bildirib ki, A.Alışanov qohum-əqrabalarına məxsus olan və lizinqə götürdükləri iki traktoru, bir transfarmatoru, Çuxuryurd və Mədrəsə kəndlərindəki həyətyanı sahədə və fermada saxladıqları 300-dən çox toyuq və hinduşkanı, 150-dən çox qoyunu, anbardakı tonlarla taxılı, 46 baş iri-buynuzlu mal-qaranı da ata malı kimi ələ keçirərək onlarca insanı işsiz və çörəksiz qoyublar.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Arif Alışanov tanınmış jurnalistə AzTV-də yüksək vəzifə verdi
AzTV-yə ayrılan 660 milyon hara gedib?
AzTV sədri Qulu Məhərrəmlini həbs etdirmək istəyir
Abbas Abbasov Söyün Sadıqova qarşı...
Qulu Məhərrəmlinin vəsatəti təmin edildi
Qulu Məhərrəmli Arif Alışanovu yenə "top"a tutdu
Azərbaycanda fermerlər üçün ucuz traktorlar yığılacaq
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti