“Əli Kərimlinin ayın 23-də keçirtmək istədiyi mitinqin sifarişini hakimiyyət verib“

  • 20 sen 2017, 22:45

Niyaməddin Orduxanlı: "Əli Kərimlinin hakmiyyətin taşırıqlarını yerinə yetirməsi Milli Məclisin komitə sədri səviyyəsində etiraf olunub"

"Milli Şura”nın sentyabrın 23-ə təyin etdiyi mitinqlə bağlı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı Musavat.com saytına çox maraqlı açıqlama verib. Onun sözlərinə görə, Əli Kərimlinin keçirdiyi mitinq bu gün hakmiyyətin maraqları üçün atılan addımdır: "Əli Kərimli üçün əsas maddi qazancdır. O, hər zaman aldığı pulun müqabilində hakmiyyətin sifarişlərini də yerinə yetirib. Aldığı pulun müqabilində Əbülfəz Elçibəyə və yaxın dostlarına xəyanət də edib. Bu adamda dəhşətli dərəcədə pul sevgisi var. Bəlkə də, yeganə adamdır ki, bir-birinə qarşı antoqonist qüvvələrdən də pul almağı bacarır. Məsələn, Qərbdən, Rusiyadan, İrandan. İndiki hakmiyyətə pulun müqabilində satılması da çoxdan sübut olunub. Hakmiyyətin yuxarı təmsilçiləri, Milli Məclisin komitə sədri səviyyəsində təsdiq olunub ki, Əli Kərimli hakmiyyətə xidmət edirmiş və mərhum Heydər Əliyevin köməkçisi vasitəsi ilə bütün tapşırıqları yerinə yetirirmiş. Bundan artıq sübuta ehtiyac varmı! Bu gün isə məndə olan məlumata görə, Əli Kərimli növbəti dəfə pulun müqabilində hakmiyyətin tapşırıqlarını yerinə yetirir. Bilirsiniz, demokratik cəmiyyətin ən böyük atributlarından biri həmin ölkədə müxtəlif aksiyaların, o cümlədən kütləvi etiraz aksiyalarının keçirilməsidir.

Qeyd etdiyim kimi, Milli Şuranın təyin etdiyi mitinq Azərbaycanın da, iqtidarın da maraqlarına uyğundur. Çünki hal-hazırda Azərbaycana qərbin müxtəlif dairələri tərəfindən hücumlar təşkil olunur, ölkəmizi bəzən hətta "diktatura” olmaqda belə ittiham edirlər. Qarayaxma kampaniyası aparırlar. İddia edirlər ki, Azərbaycanda guya insanlar öz fikirlərini sərbəst şəkildə yaymaq imkanına malik deyillər. Guya hakimiyyət "sonuncu azad mətbuat”ın fəaliyyətini dayandırmaq barədə düşünür və s. Bütün bu iddiaları aradan qaldırmaq üçün Əli Kərimli mitinq edir...”

Demokratik.Az

Oxşar xəbərlər