Donald Tramp Çinə gedir

  • 14 sen 2017, 08:30

ABŞ prezidenti Donald Tramp Çinə səfər edəcək.

 Demokratik.Az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyan edib.

 

"Prezident Çinə bu payız səfər etməyi planlaşdırır. Amma səfərin dəqiq tarixi hələ məlum deyil”, deyə H.Noyert bildirib.

 

Qeyd edək ki, bundan  əvvəl Honkonqda olan  D.Trampın strateji məsələlər üzrə sabiq müşaviri Stiv Bennon "South China Morning Post” nəşrinə müsahibəsində səfərin noyabr ayında gerçəkləşəcəyini bildirib.

Demokratik.Az

Oxşar xəbərlər