Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Azərbaycan millisinin baş məşqçisi istefaya göndərilib
Azərbaycan millisinin baş məşqçisi istefaya göndərilib
- 06 sen 2017, 18:26
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefa verib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.
Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.
Qeyd edək ki, Yaşar Vahabzadə U-21-in baş məşqçisi kimi 15 oyun keçirib. Bu görüşlərdən 2-də qalib gəlib, 3-də heç-heçə çalışdırıcı 10 dəfə məğlub olub.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti