Generalın Naxçıvana nazir təyinatı təkzib olunub

  • 23 avq 2017, 09:02

Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən uzaqlaşdırılandan bəri onun postuna təyinat olmayıb.

Bir neçə gün əvvəl polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyinatı haqda məlumat yayılıb. Lakin həmin məlumat rəsmi qaydada təkzib olunub. Qeyd edək ki, Naxçıvan rəhbərliyindəki mənbəyə istinadən yayılan məlumatda Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunduğu bildirilirdi. Azərbaycan DİN isə bu məlumatı rəsmi şəkildə təkzib edib.

Demokratik.Az

Oxşar xəbərlər