O da bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb.
Eks-deputat xəbərə sərt cavab verib. O, deyib ki, xəbər həqiqəti əks etdirmir: "Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?”
Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib: "Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!”