Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Araz Ağalarovun şəriki güllələndi
Araz Ağalarovun şəriki güllələndi
- 08 avq 2017, 09:51
Moskvada "Crocus City Oceanarium”un baş direktoru və təsisçisi güllələnib.
Rusiya İstintaq Komitəsi məlumatı təsdiqləyib, qətlin bəzi təfərrüatlarını açıqlayıb.
Məlumata görə öldürülən şəxs 52 yaşlı biznesmen Andrey Çernovdur. Qətl avqustun 4-də səhər saatlarında Suvorov parkında törədilib. Naməlum killer biznesmenə 6 dəfə atəş açıb. Çernov hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən isə TASS-a bildiriblər ki, Çernovu səhər qaçışı zamanı güllələyiblər. Mənbə biznesmenə 6 dəfə yox, 7 dəfə atəş açıldığını bidirib:
"Çernovun yaxınlarının və qohumlarının bildirdiyinə görə, onun mövcud biznesi ilə bağlı heç bir problemi yox idi və ya rəqibləri ilə münaqişəsi olmamışdı”.
Rusiya mətbuatı qətlin sifarişli olduğunu ehtimal edir. Life.ru bildirir ki, killer biznesmeni bir neçə gün ərzində izləyib və qətl üçün ideal yer seçib. Hadisənin baş verdiyi yerin yaxınlığında heç bir videomüşahidə kamerası yoxdur və biznesmenin güllələndiyini görən olmayıb. Killer hadisə yerində heç bir ip ucu buraxmadan uzaqlaşıb.
Qeyd edək k, "Crocus City Oceanarium” 2016-cı ilin sonlarında Araz Ağalarova məxsus "Crocus City” ticarət-əyləncə mərkəzində açılıb. Bu, Ağalarovun biznes aktivlərindən biridir. Ötən il okeanariumun açılışı zamanı elan olunub ki, orada 10 minə yaxın dəniz canlısı yaşayır. Onlar planetin ən müxtəlif regionlarından gətirilib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Araz Ağalarovun obyektində partlayıcı maddə tapıldı
Moskvada məşhur döyüşçü Rəsul Mirzəyev güllələnib
Ağalarovun bataqlıq üzərindəki biznes imperiyası
"AST Telman"ın qardaşı məhkəmə qarşısında...
“Memar Əcəmi” metrosunun qarşısında qətl
Elmar Hüseynovun qətlindən 12 il ötdü
5 yaşlı oğlan 4 yaşlı bacısını öldürdü
Bakının məşhur plazasında atışma olub
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti