Gəncə Dövlət Universiteti ilin ən yaxşı müəssisəsi seçilib

  • 20 iyun 2017, 14:11

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Gəncə Dövlət Universitetinin Mətbuat xidməti bildirir ki, müsabiqədə 20 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 46 idarə, təşkilat və müəssisə təltif olunub.

Təltifetmə mərasimində Gəncə Dövlət Universitetinin "Biologiya və Kimya” fakültəsi "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” fəxri fərmanı ilə mükafatlandırılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər