Büclər – 9 İYUN

  • 09 iyun 2017, 10:04

Qoç – bu gün yaxınlarınız çətin ki, ailə problemlərinizin həllində sizə yardım etsinlər. Təkbaşına zəhmət çəkməyə hazır olun. Həyat potensialı aşağıdır, günün ikinci yarısında naxoşluq mümkündür.

Buğa – yaxın gələcəyin planlarını qurmaq üçün münasib gündür. Sizin üçün hadisələri əsl rəngində görmək, nəyin nə yerdə olduğunu müəyyənləşdirmək çətin deyil. Bürcün bir çox nümayəndələri intellektual məsələlərin öhdəsindən əla gələcəklər.

Əkizlər – siz tək peşə sahəsində yox, şəxsi həyatda da məntiqə əsaslana biləcəksiniz. Bu gün növbəti dəfə əmin olacaqsınız ki, bu yanaşma həyatı sadələşdirir. Sevdiyiniz adamla köhnə fikir ayrılıqlarının aradan qaldırılması mümkündür.

Xərçəng – siz qısa vaxtda çox şeyə nail olmaq istəyirsiniz və bu, ən böyük səhvinizdir. Məhz indi səbirli olmağa və sizin üçün nəyin doğrudan da vacib olduğunu düşünməyə dəyər. Sağlam düşüncə ilə planlar qurun, təxribatlara uymayın. Yalnız ehtiyatlılıq sizə mənəvi rahatlıq verə bilər.

Şir – öz işlərinizi yaxınlarınızla müzakirə edərkən kəskin ifadələrdən çəkinin. Ətrafdakılar sizin mənfi emosiyalarınız qarşısında şoka düşə, məyus ola bilərlər.

Qız – bu gün sizdən nə xüsusi əmək şücaəti, nə də yüksəkliklərin fəthini tələb edəcək. Sadəcə olaraq, özünüz üçün rahat olduğu kimi hərəkət edin və hər şey əla olacaq. Bəzi Qızlar bütün işləri təxirə salmağı, bütün günü bekar qalmağı istəyəcəklər. Bürcün nümayəndələri bu gün bunu da edə bilərlər.

Tərəzi – üaradıcı təxəyyülün artması, yeni üfüqlərin açılması ilə yadda qalacaq maraqlı və çox şey vəd edən gündür. Siz heç kimin yola getmədiyi adamlarla dil tapmağa qadirsiniz. Bundan peşəkar mövqelərinizin möhkəmləndirilməsi üçün istifadə edin.

Əqrəb – gün maddi baxımdan əlverişli deyil. Hədər xərc ehtimalı yüksəkdir. Nəticədə heç nəsiz qala biləcəyiniz avantüraya getmək riski var. Şəxsi problemlərin həlli üçün pis gün deyil. Əcnəbilərlə romantik tanışlıq mümkündür.

Oxatan – daha bir çətin gün. Ətrafdakılarla, nəinki, heç cür dil tapa, həm də öz baxışlarınızı aydın şəkildə və heç kimi incitmədən ifadə edə bilməyəcəksiniz. Unutmayın ki, yaranmış vəziyyət ümidsiz deyil. İnsanlara doğru ilk addımı siz atın və onlar da buna eyni hərəkətlə cavab verəcəklər.

Oğlaq – siz çox unutqansınız və əvvəllər verdiyiniz vədləri tez-tez unudursunuz. Üstəlik, hansısa çoxdankı sirrinizin üstü açıla bilər. Pis xəbəri ətrafdakılara necə çatdırmaq barədə ciddi düşünmək lazım gələcək.

Dolça – asan olmayacaq. Həyatın bütün sahələrində ciddi problemlər yarana bilər. Ən yaxşısı kiminsə gözünə görünməmək, gizlənməkdir. Amma təəssüf ki, sizi axtarıb tapacaqlar. Ən azı sövdələşmələrdən, vacib sənədləri imzalamaqdan çəkinin.

Balıqlar – şəxsi münasibətlərdə problemlər mümkündür. Onların digər məsələləri ikinci sıraya keçirəcək qədər ciddi olacağı istisna deyil. İri bazarlıqlardan imtina etmək tövsiyə olunur. Pulunuzla nə qədər tez və həvəslə vidalaşsanız, sonralar bir o qədər çox peşman olacaqsınız.

Oxşar xəbərlər