Məhkəmə hakimlərilə bağlı yenilik - Dəyişiklik

  • 08 iyun 2017, 14:32
Azərbaycanda "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur.

Layihəyə əsasən, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir.

Qanunda göstərilib ki, rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, yəni, işə qəbul, işdən azad edilməsi məsələləri, məhkəmənin fəaliyyətində cari məsələlər və.s.
 
Faktiki olaraq hakim həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, lakin bu o anlama gəlmir ki, o, məhkəmə sədridir. Qanuna uyğun olaraq, hakimlərin fəaliyyəti 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakim sədrin səlahiyyətlərini həyata keçirməsinə baxmayaraq onun fəaliyyətini 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirmək mümkün olmur. Dəyişiklik qanunun təkmilləşdirilməsi məqsədilə edilir.

 
Qanuna dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə olunacaq.
Oxşar xəbərlər