Ukrayna vətəndaşları üçün viza rejimini bu ölkə də ləğv edir

  • 07 iyun 2017, 20:39

İsveçrə Ukrayna vətəndaşları üçün viza rejimini ləğv edəcək. APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin saytında Pyotr Poroşenkonun İsveçrə Xarici İşlər Federal Departamentinin rəhbəri Didye Burkhalterlə görüşünün nəticələrinə dair yer alan məlumatda deyilir.

D. Burkhalter bildirib ki, ölkəsi Avropa İttifaqının digər ölkələri kimi iyunun 11-dən Ukrayna vətəndaşları üçün viza rejimini ləğv edəcək.

Görüşdə həmçinin Ukraynanın keçmiş məmurlarının İsveçrə banklarındakı vəsaitlərinin qaytarılması prosesinin sürətləndirilməsi məsələsi də müzakirə olunub.

"Demokratik.Az"

Oxşar xəbərlər