Hulusi Akar :

  • 30 may 2017, 21:18

General yazılı ifadəsində Milli Kəşfiyyat Təşkilatına ötürülən xəbərin böyük bir planın parçası olduğunu düşündüklərini bildirib.

15 iyul qiyamının istintaqını aparan Məclis Çevriliş Araşdırma Komissiyasında baş qərargah rəisi Hulusi Akarın göndərdiyi yazılı ifadə ortaya çıxıb.

8 səhifəlik ifadə mətnində bu məsələlərə yer verilib:

Milli Kəşfiyyat Təşkilatına ötürülən xəbərin böyük bir planın parçası olduğunu düşündük;
Hər şeyi gözə alaraq qiyamçılara şiddətlə qarşı çıxdım;
Danışmaq sərbəstliyimi komandir kimi davam etdirdim;
MKT-na sızdırılan məlumatda qiyam məsələsi yox idi;
Əvvəlcə bu məlumatı çox ciddi incələdik;
MKT rəhbəri prezidentin mühafizə idarəsinin rəisinə zəng elədi;
FETÖ-nun qiyama cürət edəcəyini heç kəs gözləmirdi;
Bütün uçuşların dayandırılmasını əmr etdim;
Alınan tədbirlərlə qiyam uğursuzluğa düçar oldu.

Oxşar xəbərlər