Ərdoğan AKP-nin başına döndü-seçki
- 21 may 2017, 19:50
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu
olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında
partiyanın sədri seçilib.
Keçirilən gizli səsvermədə prezident Ərdoğanın namizədliyini
1414 nümayəndə dəstəkləyib.
***
Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üçüncü növbədənkənar
qurultayı keçirilir.
Demokratik.Az bildirir ki, "Dönüş
qurultayı” Türkiyə vaxtı ilə saat 10.00-da başlayıb.
Hazırda davam edən növbədənkənar qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan 998 gündən sonra yenidən AKP-nin sədri seçiləcək.
Ərdoğan 1370 nəfərim imzası ilə AKP sədrliyinə tək namizəddir.
Qeyd edək ki, konstitusiya dəyişikliyindən əvvəl Türkiyədə prezidentliyə namizədlərin
partiya üzvü olması qadağan idi. Bu səbəbdən Rəcəb Tayyib Ərdoğan qurucusu
olduğu AKP-dən ayrılmalı olmuşdu.
