Zabil Müqabiloğlu üçün "Son zəng" tədbiri keçirilib

  • 20 may 2017, 21:19
Jurnalist Zabil Müqabiloğlunun anım mərasimi keçirilib.
 
APA TV-nin xəbərinə görə, "Son zəng" adlı tədbirə həmkarları, yaxınları, dostları, oxucuları yığışmışdı.
 
Əvvəlcə jurnalistin həyat və yaradıcılığından bəhs edən video-çarxı nümayiş olundu. Əsas kadrları APA TV-nin kamerası ilə lentə alınan süjetlərdən təşkil olunan çarxda onun tədbirlərdə olan çıxışları, xarici səfərlərdə çəkilən şəkilləri, dostları ilə məclislərdə olan zarafatları, şeirlərindən müxtəlif parçalar əks olunmuşdu.    
 
Tədbirdə çıxış edən həmkarları onunla bağlı xatirələrini danışaraq, Zabilin peşəkar jurnalist keyfiyyətlərinə toxundular. 1998-ci ildə mətbuata gələn Zabilin Müqabiloğlunun jurnalistikada atdığı ilk addımların "525-ci qəzet”dən başlandığı, daha sonra "Tərcüman”, "Avropa” və "Yeni Müsavat” qəzetlərində çalışdığı qeyd olundu. Müxtəlif vaxtlarda redaktor və baş redaktor vəzifələrini icra edən jurnalist bu il fevral ayının 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Allah rəhmət eləsin!
 

Oxşar xəbərlər