CEXİYANIN NÜMAYƏNDƏ HEYƏTİ ADAU-DA OLUB
- 18 may 2017, 19:06
Çexiyadan olan nümayəndə heyətinin üzvləri Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
ADAU-nun mətbuat xidmətindən Demokratik.Az-a bildirilib ki, qonaqları təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayan tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov maddi-texniki baza, tədris prosesi ilə bağlı ətraflı məlumat verib.
Pataloji anatomiya və anatomiya muzeyləri,
quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı
balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası,
istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə yataqxanası və digər təsisatlarla
tanış olan qonaqlar təhsil müəssisəsində Çexiyanın müvafiq ali təhsil və elmi-tədqiqat
müəssisələri ilə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildiriblər.
Demokratik.Az
