Heydər Əsədov da yola salınır

  • 17 may 2017, 14:55

Ziya Məmmədovun ardınca onun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədov da vəzifəsini itirəcək. "Qaynarinfo" xəbər verir ki, bu haqda məlumatı "Yeni Müsavat” yayıb. 

Qəzet iddia edib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğvi nəzərdə tutulur. Xəbərə görə, ləğv ediləcək nazirliklərin və ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilərək bunun bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var. 

Xəbərdə bildirilir: "Aqrar sektorun prioritet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, yaxın vaxtlarda elan ediləcək. Bu qurumların birləşdirilməsi ilə yanaşı orda işləyənlərin də sayının 50-60 faiz ixtisarı gözlənilir”.

Xəbərdə qeyd olunur ki, H.Əsədov Məmmədovların iqtidardakı "son qalası” hesab olunurdu və gələn xəbərlər belə deməyə əsas verir ki, artıq onu da itirməklə üz-üzədirlər.

 

Demokratik.Az

Oxşar xəbərlər