Bu ailə İslamiadadan 900 min manat qazandı

  • 16 may 2017, 19:04

Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçrilən IV İslam Həmrəyliyi Oyunlarında 4 qızıl medal qazanıb. Snayperimiz 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açma yarışlarında hamıdan yaxşı olub.

 

 

fanat.az xəbər verir ki, Ruslan qızıl medallara görə, 600 min manat mükafat qazanıb. Belə ki, prezident İlham Əliyev mayın 11-də İslamiadada uğur qazanmış idmançıların mükafatlandırılması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama görə birinci yeri tutanlara 100 min manat mükafat veriləcək. Milli Olimpiya Komitəsi isə qızıl medalçılara 50 min manat verəcək. Beləliklə, hər qızıla görə 150 min manat alacaq Ruslanın qazancı 600 min manat olacaq.

Onun ailəsi isə 300 min manat qazanıb. Belə ki, Ruslanın məşqçiləri öz valideynləridir. Dövlət hər çempionun məşqçisinə 50, MOK 25 min manat mükafat verəcək. Hər "qızıl"ın 75 min manata başa gəldiyini nəzərə alsaq, onlar 300 min əldə edəcəklər.

Beləliklə, Lunyov ailəsi İslamiadadan 900 min manat qazanacaq.

Oxşar xəbərlər