Xəbər lenti
Bütün xəbərlər

Sabiq Serbiya prezidenti axtarışa verildi

  • 16 may 2017, 18:33
Keçmiş ittifaq dövləti Serbiya və Çernoqoriyanın keçmiş prezidenti Svetozar Maroviç beynəlxalq axtarışa verilib. "Report" TASS-a istinadən xəbər verir ki, İnterpolun Podqoritsadakı Milli Bürosu məhkəmə qərarı əsasında S.Maroviçin həbsi üçün beynəlxalq order verib.

Order daha əvvəl 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilən Maroviçin cəzasını çəkməsi üçün ortaya çıxmaması ilə bağlı verilib.

Qeyd edək ki, S.Maroviç sabiq ittifaq dövlətinin yarandığı 2003-cü ildən onun parçalandığı 2006-cı ilə qədər Serbiya və Çernoqoriyanın prezidenti vəzifəsini tutub. O, Budva turizm şəhərində tikinti layihələri ilə bağlı fırıldaqçılıqda ittiham olunan zaman 1,1 milyon avro ödəyəcəyini və 100 min avro məbləğində vəsaiti xeyriyyə məqsədilə ayıracağını vəd edərək istintaqla anlaşma əldə edib.
 
Demokratik.Az
Oxşar xəbərlər