Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xanım Klinton yeni siyasi təşkilat yaradıb
Xanım Klinton yeni siyasi təşkilat yaradıb
- 16 may 2017, 07:55
Demokrat Partiyasının prezidentliyə sabiq namizədi, ABŞ-ın dövlət katibi Hillari Klinton yeni siyasi təşkilat yaradıb.
APA-nın məlumatına görə, bu barədə H.Klinton özünün "Tvitter”ində yazıb.
Yeni təşkilata "Onward Together” adı verilib. "Biz bu təşkilatı ona görə yaradırıq ki, insanlar ruhlansınlar, siyasi proseslərdə iştirak etsinlər, fəaliyyətlərini əlaqələndirsinlər və hətta seçkilərdə namizədliklərini irəli sürsünlər”, Klinton qeyd edib.
"Onward Together”in məqsədi 66 milyona yaxın seçicinin dəstək verdiyi ideyaları davam etdirməkdir", təşkilatın rəsmi saytında vurğulanıb. "Fox News” telekanalının rəyinə görə, yeni təşkilatın yaradılması Klintonun rəsmi olaraq siyasətə qayıdışı deməkdir.
Qeyd edək ki, ötən ilin noyabrında ABŞ-da keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb. Hilları Klinton 65 844 610 , Donald Tramp isə 62 979 636 səs toplayıb.

Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 304, Hillari Klinton isə 227 səsini toplayıb.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Hillari Klinton prezidentliyə namizəd olmağı qəbul etdi
Klinton Trampı 7 faiz qabaqlayır
Tramp və Klinton tərəfdarları arasında qarşıdurma olub
"Hillari Klinton həbs edilməlidir" Trampın tələbi
Tramp və Klinton ABŞ-dakı prezident seçkiləri öncəsi liderdirlər
Washington Post: ABŞ-ın yeni prezidentinin adı məlum oldu
Yeni hökumət: üç təyinat rəsmiləşib
Donald Tramp "ilin adamı" oldu-"Time”-də
Kennedi-Nixondan Klinton-Trampa qədər…
Xanım Klintonu zəhərləyiblər? - şok iddia
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti